Yuxarı
    Bağlamaq

    2015-ci ilin ən uğurlu ifaçısının adı açıqlanıb

    25 valı və Hello sinqlı digər musiqiçilərin işlərindən daha yaxşı satılıb və bir neçə dünya rekordu qırıb

    Bakı. 8 fevral. REPORT.AZ/ Britaniyalı müğənni Adel 2015-ci ilin ən uğurlu ifaçısı seçilib. "Report" "The Guardian"a istinadən xəbər verir ki, Beynəlxalq Fonoqrafiya Sənayesi Federasiyasının (IFPI) araşdırması belə qənaətə gəlməyə əsas verir.

    IFPI-nin məlumatına görə, "25" valı və ötən ilin noyabrında işıq üzü görən "Hello" sinqlı digər musiqiçilərin işlərindən daha yaxşı satılıb və bir neçə dünya rekordu qırıb.

    İkinci yerdə Adelin həmyerlisi, müəllif-ifaçı Ed Şiran qərarlaşıb. Üçüncü pilləni isə ötən il IFPI reytinqinə başçılıq etmiş amerikalı xanım müğənni Teylor Svift tutub.

    Xatırladaq ki, yanvarda Adelin "Hello" mahnısı 88 gün milyard izlənmə ilə rekord qırmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi