"Yaşıl kitab" film nominasiyasında "Oskar" qazanıb

"Yaşıl kitab" film nominasiyasında "Oskar" qazanıb Bakı. 25 fevral. REPORT.AZ/ Rejissor Piter Farrellinin Yaşıl kitab (Green Book) filmi Ən yaxşı film nominasiyasında Oskar mükafatını qazanıb.
Şou-biznes
25 Fevral , 2019 10:43

Bakı. 25 fevral. REPORT.AZ/ Rejissor Piter Farrellinin "Yaşıl kitab" (Green Book) filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatını qazanıb.

"Report" xəbər verir ki, bu barədə Amerika Kinomatoqrafiya Sənəti və Elmi Akademiyasının 91-ci mükafatlandırma mərasimində elan edilib.

Film caz pianoçusu Don Şirlinin, sürücüsünün və mühafizəçisi Toni Lipanın 1962-ci ildə ABŞ-a səyahətləri haqqındakı real yaşanmış hekayədən bəhs edir. Yolda onlar afroamerikalılar üçün təhlükəsiz yerlərin siyahısı göstərilən "Yaşıl kitab"dan istifadə edirlər.

Qeyd edək ki, bu nominasiyada mükafat uğrunda həmçinin "Favorit xanım", "Roma" və "Bohem rapsodiyası" filmləri də mübarizə aparıb.

Rami Malek "Bohem rapsodiyası" filmində yaratdığı Freddi Merkuri roluna görə ən yaxşı aktyor kimi "Oskar" qazanıb.

"Ən yaxşı aktyor" nominasiyasında həmçinin Bredli Kuper ("Ulduz doğuldu"), Kristian Beyl ("Hakimiyyət"), Viqqo Mortensen ("Yaşıl kitab"), Uillem Defo ("Van Qoq. Əbədiyyət astanasında") mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi