"Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" Polşa istehsalı olan "İda"-ya verildi

"Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" Polşa istehsalı olan "İda"-ya verildi 87-ci "Oskar" kinomükafatının sahibləri elan olunur
Şou-biznes
23 Fevral , 2015 06:34
Xarici dildə ən yaxşı film nominasiyasında Oskar Polşa istehsalı olan İda-ya verildi

Bakı. 23 Fevral. REPORT.AZ/ Amerika Kino Akademiyasının 87-ci "Oskar" kinomükafatının sahibləri bu gecə Los-Anceles-də keçirilən mərasimdə tək-tək elan olunur.

"Report"un TASS agentliyinə istinadla verdiyi xəbərə görə, "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib Polşa istehsalı olan "İda" bədii filmi olub.

Qeyd edək ki, "İda" bu nominasiyada "Mandarinlər"(Estoniya), "Timbuktu"(Mavritaniya), "Vəhşi hekayələr"(Argentina) və "Leviafan" (Rusiya) kimi filmlərlə mübarizə aparırdı.

Son xəbərlər

Orphus sistemi