Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib - YENİLƏNİB

Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib - YENİLƏNİB Mərhum II Fəxri xiyabanda dəfn olunacaq
Şou-biznes
498
26 Fevral , 2016 14:11
Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib - YENİLƏNİB

*** 12:05

Bakı. 26 fevral. REPORT.AZ/ Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, SSR xalq artisti, millət vəkili Zeynəb Xanlarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, xalq artistləri Zülfiyyə Xanbabayeva, Aftandil İsrafilov, Faiq Ağayev, aparıcı Lətafət Ələkbərova, əməkdar artistlər Elza Seyidcahan, Röya Ayxan, müğənni Xatirə İslam, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edib.

İlhamə Quliyevanın oğlu anasının ekspertizanın yekun nəticələrinin 15 gün sonra bəlli olacağını bildirib. 

Mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, İlhamə Quliyeva 1943-cü ildə Lənkəranda anadan olub. Fevralın 25-də 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi