Uitni Hyustonun qızı xəstəxanada süni komada saxlanılır

Uitni Hyustonun qızı xəstəxanada süni komada saxlanılır Bobbi Kristina Braun mərhum amerikalı müğənninin yeganə övladıdır
Şou-biznes
252
1 Fevral , 2015 22:07
Uitni Hyustonun qızı xəstəxanada süni komada saxlanılır

Bakı. 1 fevral. REPORT.AZ/ Mərhum amerikalı müğənni Uitni Hyustonun qızı evdə huşsuz vəziyyətdə aşkar olunandan sonra xəstəxanaya yerləşdirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, 21 yaşlı Bobbi Kristina Braunu onun həyat yoldaşı Corciya ştatındakı evində aşkar edib. Həkimlər, Kristinanın süni komada olduğunu bildirirlər.

Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevral ayında Los Ancelesdə hoteldə hamam otağında ölü aşkar olunmuşdu. Onun 48 yaşı var idi. 

Bobbi Kristina Braun isə onun yeganə övladıdır.

Son xəbərlər

Orphus sistemi