Vlad Lisovets: "Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdim”

Vlad Lisovets: "Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdim” “Həqiqətən münaqişənin bitməsini və insanların özlərinə aid olanları geri qaytarmalarını istəyirəm"
Şou-biznes
4684
21 Oktyabr , 2020 11:15
Vlad Lisovets: Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdim”
Vlad Lisovets

“Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir. İndi bu, münaqişənin kəskinləşməsinə çevrilib, amma mən bütün bunların bitməsini çox istərdim”.

“Report” “News.ru”ya istinadən xəbər verir ki, bunu Bakıda doğulub böyüyən və hazırda Moskvada yaşayan stilist Vladislav Lisovets deyib.

Dağlıq Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatlarını şərh edən V.Lisovets Azərbaycanın torpaqlarını qaytarmasını, tam azad etməsini çox istədiyini söyləyib.

“Həqiqətən münaqişənin bitməsini və insanların özlərinə aid olanları geri qaytarmalarını istəyirəm. Bunun minimum insan itkisi ilə baş verməsini arzulayıram... Heç kimi milliyyətinə görə bölmək istəmirəm. İnsanlar ölürsə, bu, faciədir”, - o bildirib.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 291 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 382, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 941-dir.

Son xəbərlər

Orphus sistemi