“Viktoriya və Abdul” premyerasından 3 gün öncə “CinemaPlus”da nümayiş olunub

“Viktoriya və Abdul” premyerasından 3 gün öncə “CinemaPlus”da nümayiş olunub Bakı. 13 dekabr. REPORT.AZ/ 28 Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrlar şəbəkəsində real hadisələr əsasında çəkilmiş tarixi dram “Viktoriya və Abdul” filminin premyerasından 3 gün öncə nümayişi keçirilib.
Şou-biznes
232
13 Dekabr , 2017 14:08
“Viktoriya və Abdul” premyerasından 3 gün öncə “CinemaPlus”da nümayiş olunub

Bakı. 13 dekabr. REPORT.AZ/ 28 Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrlar şəbəkəsində real hadisələr əsasında çəkilmiş tarixi dram “Viktoriya və Abdul” filminin premyerasından 3 gün öncə nümayişi keçirilib.

"Report"un məlumatına görə, mükəmməl seçilmiş kostyumlar və qrim, səhnə dekorasiyası və aktyorluq bacarıqları, parlaq effektlər, musiqiçilərin və operatorların möhtəşəm işləri və dəqiq qurulmuş süjet xətti tamaşaçını sanki Böyük Britaniyada olduğunu hiss etdirir.

Filmin ssenarisi jurnalist Şrabanş Bosun “Viktoriya və Abdul: Kraliçanın yaxın ətrafının real tarixçəsi” kitabının motivləri əsasında Li Xoll tərəfindən yazılıb. Filmin rejissoru Stiven Frirz. Cudi Denç kifayət qədər güclü xasiyyətli gözəl kraliça Viktoriyanı oynayıb. Cavan hindli-müsəlman rolunu isə Əli Fazal oynayıb.

Viktoriya 18 yaşında taxta çıxmaqla Böyük Britaniyanın, İrlandiyanın daha sonra isə Hindistanın imperatriçəsinə çevrilir. Kraliçanın saysız-hesabsız çalışanları arasında Abdul Kərim adlı yaraşıqlı bir şəxs olur. O, gəldiyindən bəri kraliça yanında nüfuz qazanır. Onu çoxu qısqanır, hətta onunla bəhsə belə girirlər, kralıça ilə olan münasibəti haqqında isə nəinki İngiltərədə, hətta bütün dünyada belə danışılır.

Son xəbərlər

Orphus sistemi