Valeri Leontyev Ukraynada "qara siyahı"ya daxil edilib

Valeri Leontyev Ukraynada "qara siyahı"ya daxil edilib Müğənni Krımda qanunsuz konsertlər verməkdə ittiham olunur
Şou-biznes
28 Aprel , 2017 07:53
Valeri Leontyev Ukraynada qara siyahıya daxil edilib

Bakı. 28 aprel. REPORT.AZ/ Tanınmış rusiyalı müğənni Valeri Leontyev işğal olunmuş Krımda verdiyi konsertlər səbəbindən Ukrayanın “Mirotvorets” saytının "qara siyahısı"na düşüb.

"Report" xəbər verir ki, bu barədə sözügedən saytda dərc olunan bəyanatda deyilir.

Müğənni Ukraynanın dövlət sərhədlərini qanunsuz olaraq keçməkdə və işğal altında olan Krım ərazisində qanunsuz konsertlər verməkdə ittiham olunur.

“Mirotvorets” administrasiyası qeyd edir ki, müğənni 2014-cü ildən 2016-cı ilədək, xüsusilə Simferopol, Sevastopol, Sudak, Yalta, Feodosiya və Yevpatoriyada konsert proqramları ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi