“Ukraynanın səsi” yarışmasında azərbaycanlı çilingər iştirak edib - VİDEO

“Ukraynanın səsi” yarışmasında azərbaycanlı çilingər iştirak edib - VİDEO Gənc ifaçı növbəti tura vəsiqə qazanıb
Şou-biznes
12 Fevral , 2017 23:40
“Ukraynanın səsi” yarışmasında azərbaycanlı çilingər iştirak edib - VİDEO

Bakı. 12 fevral. REPORT.AZ/ Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsində azərbaycanlı çilingər iştirak edib.

"Report" xəbər verir ki, Cavid Məmmədov "Antonio Banderas - Cancion Del Mariachi" mahnısını ifa edib. Gənc ifaçı növbəti tura vəsiqə qazanıb.

O, bununla yanaşı, müsabiqə iştirakçıları və seyrçilər üçün məşhur "Küçələrə su səpmişəm" xalq mahnısını da ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, C.Məmmədov “Eurovision”nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır. 

Son xəbərlər

Orphus sistemi