Bakı. 20 aprel. REPORT.AZ/ Məşhur amerikalı aktyor Uill Smitə "Ələddin"in "Disney"in çəkəcəyi tammetrajlı filmində cin rolunu canlandırmaq təklif olunub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, U.Smit ilə "Disney" arasındakı danışıqlar hələ erkən mərhələdədir.
Qeyd edək ki, "Disney" "Ələddin"in animasiya versiyasını 1992-ci ildə çəkib. O, filmdə cini Robin Uilyams səsləndirib. Müəyyən mənada məhz onun səsi də animasiya filminə uğur qazandırıb.
Yeni versiyası rejissoru "Kartlar, pullar və iki silah", "Qapışma", "Sümükqıran", "Revolver", "Şerlok Holms" kimi filmləri çəkən Qay Riçi olacaq.