Türkiyənin tanınmış musiqiçisi vəfat edib

Türkiyənin tanınmış musiqiçisi vəfat edib Asım Can Gündüz gitara virtuozu hesab olunurdu
Şou-biznes
156
25 İyun , 2016 11:22
Türkiyənin tanınmış musiqiçisi vəfat edib

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyənin tanınmış musiqiçisi, gitara virtuozu sayılan Asım Can Gündüz vəfat edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, 61 yaşlı ifaçı ürək tutmasından dünyasını dəyişib.

İkinci dəfə infarkt keçirən musiqiçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1955-ci ildə İstanbulda anadan olan Asım Can Gündüz uzun illər ABŞ-da yaşayıb. 1980-ci ildə vətəninə qayıdan ifaçı 1992-ci ildə çıxartdığı musiqi albomu ilə şöhrət qazanıb.

Yaradıcılığında rok musiqisinə üstünlük verən Asım Can Gündüz son illər xaricdə verdiyi solo konsertləri ilə məşhur olub.

Son xəbərlər

Orphus sistemi