Türkiyənin tanınmış müğənnisi vəfat edib

Türkiyənin tanınmış müğənnisi vəfat edib Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirmişdilər
Şou-biznes
9 May , 2017 18:19
Türkiyənin tanınmış müğənnisi vəfat edib

Bakı. 9 may. REPORT.AZ/ Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal vəfat edib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bir aya yaxındır müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, 50 yaşlı müğənni evinin avtoparkında huşsuz vəziyyətdə tapılmış və təcili tibbi yardımla Beşiktaşdakı özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirmişdilər. 

Xatırladaq ki, İ.Erkal 1966-cı il oktyabrın 10-da Türkiyənin Ərzurum şəhərində anadan olub. 

Son xəbərlər

Orphus sistemi