Türkiyənin tanınmış teleaparıcısı qətlə yetirilib

Türkiyənin tanınmış teleaparıcısı qətlə yetirilib Hadisə İstanbul otellərindən birində baş verib
Şou-biznes
2381
27 Avqust , 2017 22:11
Türkiyənin tanınmış teleaparıcısı qətlə yetirilib

Bakı. 27 avqust. REPORT.AZ/ Türkiyədə məşhur televiziya aparıcısı qətlə yetirilib.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbulun Beşiktaş rayonu ərazisindəki məşhur otellərdən birində odlu silah yarası almış 1 qadın və 1 kişi meyiti aşkar edilib.

Məlumata görə, öldürülən kişinin "Çocuklar duymasın" serialından tanınan aktyor və teleaparıcı Vatan Şaşmaz olduğu müəyyən edilib.

"Anadolu" yazır ki, hadisə yerinə gələn polis əməkdaşları otel otağında teleaparıcı ilə qətlə yetirilən qadının Filiz Aker adlı şəxs olduğunu təsbit ediblər. Vatan Şaşmaz kürəyindən, qadın isə başından odlu silah yarası alaraq ölüb. Həmçinin otel otağının Filiz Akerin adına tutulduğu və təhlükəsizlik kamerası qeydlərindən otağa başqa kimsənin daxil olmadığı öyrənilib.

Son xəbərlər

Orphus sistemi