Türkiyənin tanınmış aktyoru qəzada həlak olub

Türkiyənin tanınmış aktyoru qəzada həlak olub 46 yaşlı İsrafil Kösə xəstəxanada vəfat edib
Şou-biznes
164
22 Avqust , 2016 11:00
Türkiyənin tanınmış aktyoru qəzada həlak olub

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin komediya rolları aktyoru İsrafil Kösə vəfat edib.

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, motosiklet sürərkən qəzaya düşən aktyor xəstəxanada dünyasını dəyişib.

Belə ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Türkiyənin teatr aktyoru olan İsrafil Köşə son illər seriallarda rol alıb.

1970-ci ildə Artvində doğulan aktyor sənət fəaliyyətinə 1987-ci ildə başlayıb. 

Son xəbərlər

Orphus sistemi