Türkiyənin məşhur sənətçiləri Bakıya gələcək

Türkiyənin məşhur sənətçiləri Bakıya gələcək Mahsun Kırmızıgül və Murad Yıldırım film nümayişlərində iştirak edəcək
Şou-biznes
3 Fevral , 2015 13:26
Türkiyənin məşhur sənətçiləri Bakıya gələcək

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyənin məşhur müğənnisi, rejissor və ssenarist Mahsun Kırmızıgül Azərbaycana gələcək.

Bu barədə "Report"a "28 Sinema" Kinoteatrından məlumat verilib.

Belə ki, fevralın 4-də kinoteatrda Mahsun Kırmızıgülün ekranlaşdırdığı "Möcüzə" filminin nümayişi olacaq. M.Kırmızıgül Bakıya filmin növbəti nümayişində iştirak etmək üçün gəlir.

Fevralın 13-də isə kinoteatrda "Krımlı" filminin qala gecəsi keçiriləcək. Həmin filmin qalası üçün Bakıya Murad Yıldırım və filmin prodüseri təşrif buyuracaq.

Son xəbərlər

Orphus sistemi