Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyənin məşhur aktyoru vəfat edib Aktyor son rolunu 2014-cü ildə çəkilən "Birleşen Gönüller" adlı filmdə ifa edib
Şou-biznes
11 İyul , 2017 10:06
Türkiyənin məşhur aktyoru vəfat edib

Bakı. 11 iyul. REPORT.AZ/ Türkiyənin məşhur aktyoru Fikrət Hakan 83 yaşında vəfat edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, ağciyər xərçəngindən müalicə alan aktyor yerləşdirildiyi İstanbul Dr. Lütfi Kırdar Kartal Eğitim ve Araştırma Hastanesində dünyasını dəyişib.

Qeyd edək ki, Fikrət Hakan 1934-cü ilin aprelin 23-də Balıkesirdə dünyaya gəlib.

1950-ci ildə 'Üç Güvercin' adlı tamaşa ilə 'Ses Tiyatrosu'nda teatra ilk addımını atıb. 1952-ci ildə isə 'Köprüaltı Çocukları' adlı film ilə kino sahəsində fəaliyyətə başlayıb. 163 film ve serialda rol alıb.1998-ci ildə dövlət sənətçisi adına layiq görülüb. Aktyor son rolunu 2014-cü ildə çəkilən "Birleşen Gönüller" adlı filmdə ifa edib.

Son xəbərlər

Orphus sistemi