Türkiyənin məşhur aktrisası koronavirusa yoluxub

Türkiyənin məşhur aktrisası koronavirusa yoluxub Türkiyəli aktrisa Hazal Kayaya COVID-19 diaqnozu qoyulub
Şou-biznes
31 Mart , 2021 09:57
Türkiyənin məşhur aktrisası koronavirusa yoluxub
Hazal Kaya

Türkiyənin məşhur aktrisası Hazal Kayaya COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, “Pera Palas"da gecəyarısı” adlı serialda baş rolda oynayan sənətçi karantinə alınıb.

H.Kayanın koronavirus testinin nəticəsi pozitiv çıxandan sonra serial çəkilişlərinə 5 gün ara verilib. 30 yaşlı aktrisanın xəstəliyi yüngül keçirdiyi vurğulanıb.

Xatırladaq ki, Hazal Kaya Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən “Aşk-ı Memnu”, həmçinin “Adını Fəriha qoydum” serialları sayəsində məşhurlaşıb.

Son xəbərlər

Orphus sistemi