Türkan Şoray Bakıya gələcək

Türkan Şoray Bakıya gələcək O, rejissoru olduğu "Uzaklarda arama" filminin qala gecəsində iştirak edəcək
Şou-biznes
20 Noyabr , 2015 10:45
Türkan Şoray Bakıya gələcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Türkiyənin məşhur aktrisası Türkan Şoray Azərbaycana gələcək. "Report"un xəbərinə görə, o, rejissoru olduğu "Uzaklarda arama" filminin Bakıda keçiriləcək qala gecəsində iştirak edəcək. 

Aktrisa noyabrın 26-da Bakıda olacaq. Nizami Kino Mərkəzində keçiriləcək qala gecəsinə Türkiyədən 6 nəfər gələcək.

Qeyd edək ki, filmin rejissoru Türkan Şoray, baş rolun ifaçısı isə qızı Yağmur Ünaldır. Filmdə Sevda Erginci, Mehtap Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp, Kaan Urgancıoğlu, Ekin Türkmen, Sema Keçik və başqaları çəkilib.

Son xəbərlər

Orphus sistemi