Tünzalə Ağayeva Heydər Əliyev Mərkəzində konsert verəcək

Tünzalə Ağayeva Heydər Əliyev Mərkəzində konsert verəcək Konsert Heydər Əliyev Mərkəzində olacaq
Şou-biznes
25 Aprel , 2015 16:26
Tünzalə Ağayeva Heydər Əliyev Mərkəzində konsert verəcək

Bakı. 25 aprel. REPORT.AZ/ Mayın 22-23-də Heydər Əliyev Mərkəzində Azərbaycanın əməkdar artisti, “Bakı 2015” I Avropa Oyunlarının səfiri Tünzalə Ağayevanın "Xoş gəldin" adlı konsert proqramı baş tutacaq. 

"Report" xəbər verir ki, müğənni konsertdə populyar mahnılarının yeni variantda səsləndirəcək, həmçinin dünyada məşhur olan kompozisiyalar ifa edəcək. 

Konsertdə Tünzalə Ağayeva ilə birlikdə xüsusi ifa hazırlayan məşhur türk gitaraçı Özgür Abbak iştirak edəcək.

Saat 20.00-də başlanacaq konsertin biletləri artıq satışdadır. Biletlərin qiymətləri: 40, 65, 95, 125 manatdır. 

Son xəbərlər

Orphus sistemi