Tom Kruz kosmosa uçmaq istəyir

Tom Kruz kosmosa uçmaq istəyir Amerikalı aktyor Tom Kruz “İcraolunmaz tapşırıq” filminin çəkilişləri üçün kosmosa gedəcəyinə ümid edir
Şou-biznes
589
5 Dekabr , 2020 17:32
Tom Kruz kosmosa uçmaq istəyir
Tom Kruz

Amerikalı aktyor Tom Kruz “İcraolunmaz tapşırıq” filminin çəkilişləri üçün kosmosa gedəcəyinə ümid edir.

“Report” xəbər verir ki, bu barədə “The Sun” nəşri mənbəyə istinadən məlumat verib.

Qeyd olunub ki, Hollivud ulduzu planının icrası üçün böyük miqdarda pul xərcləməyin də əleyhinə deyil və artıq bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) nümayəndələri ilə danışıqlar aparır. Qəzetin yazdığına görə, Kruza bunu təşkil etməyin mümkün olduğu bildirilib.

Daha əvvəl “Space Shuttle Almanac” şirkəti tvitter səhifəsində qarşıdakı üç il üçün Beynəlxalq Kosmik Stansiyanın (ISS) yol vərəqəsini dərc etmişdi. Planda İlon Maskın “Crew Dragon” gəmisində 2021-ci ilin oktyabrına planlaşdırılan turistik səfər də var idi. Orada sərnişinlər arasında aktyor Tom Kruz və rejissor Daq Layman da var.

Son xəbərlər

Orphus sistemi