"The Prodigy" qrupunun vokalçısının intihar səbəbləri açıqlanıb

"The Prodigy" qrupunun vokalçısının intihar səbəbləri açıqlanıb Kit Flint ölümündən bir neçə gün əvvəl evini 1,5 milyon funt sterlinqə satışa çıxarmaq məcburiyyətində qalıb
Şou-biznes
5 Mart , 2019 11:43
The Prodigy qrupunun vokalçısının intihar səbəbləri açıqlanıb
DJ Mag

Bakı. 5 mart. REPORT.AZ/ "The Prodigy" qrupunun vokalçısı və rəqqası Kit Flint daha çox DJ Gedo Super Mega Bitch kimi tanınan yaponiyalı həyat yoldaşı Mayumi Kay ilə boşanma ilə əlaqədar əmlakın bölünməsi fonunda intihar edib.

Bu barədə "Report" "lenta.ru"ya istinadən xəbər verir.

Britaniya KİV K.Flintin ölümündən bir neçə gün əvvəl Esseks qraflığındakı evini 1,5 milyon funt sterlinqə satışa çıxarmaq məcburiyyətində qaldığını yazıb.

K.Flintin ölüm anında həyat yoldaşı M.Kay Yaponiyada olub. KİV yazır ki, həyat yoldaşı ilə ayrılandan sonra "The Prodigy" qrupunun vokalçısı depressiyaya düşüb.

Qeyd edək ki, 49 yaşlı K.Flintin meyiti dünən səhər evində aşkar edilib.