"The Cranberries" rok qrupunun keçmiş vokalçısı vəfat edib

"The Cranberries" rok qrupunun keçmiş vokalçısı vəfat edib O'Riordan səs yazısı üçün Londonda olub
Şou-biznes
15 Yanvar , 2018 23:22
The Cranberries rok qrupunun keçmiş vokalçısı vəfat edib

Bakı. 15 yanvar. REPORT.AZ/ İrlandiyanın "The Cranberries" rok qrupunun solisti Dolores O'Riordan 46 yaşında vəfat edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

İfaçının nümayəndəsinin sözlərinə görə, Dolores O'Riordan səs yazısı sessiyası üçün Londonda olub. Hadisənin başqa təfərrüatları məlum deyil.

O'Riordan "Cranberries" kollektivinə 1990-cı ildə 18 yaşında ikən qoşulub və qrupun vokalçısı və simasına çevrilib. O, 2003-cü ildən solo karyeraya başlayıb.

Son xəbərlər

Orphus sistemi