"The Beatles" qrupunun əfsanəvi prodüseri vəfat edib

"The Beatles" qrupunun əfsanəvi prodüseri vəfat edib Corc Martin 90 yaşında dünyasını dəyişib
Şou-biznes
9 Mart , 2016 11:05
The Beatles  qrupunun əfsanəvi prodüseri vəfat edib

Bakı. 9 mart. REPORT.AZ/ Britaniyanın məşhur musiqi prodüseri, uzun illər əfsanəvi "The Beatles" qrupu ilə çalışan Corc Martin 90 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə xəbəri məşhur qrupun baraban ifaçısı Rinqo Starr yayıb.

Corc Martin öz dövrünün ən tanınmış prodüseri olub.

Corc Martin 1996-cı ildə Britaniyanın İmperiya Ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi