Tarkan ermənilərin Gəncəyə hücumu ilə bağlı paylaşım etdi

Tarkan ermənilərin Gəncəyə hücumu ilə bağlı paylaşım etdi Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncəd şəhərində həlak olanlar və xəsarət alanlarla bağlı paylaşım edib.
Şou-biznes
11155
19 Oktyabr , 2020 05:46
Tarkan ermənilərin Gəncəyə hücumu ilə bağlı paylaşım etdi
Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində həlak olanlar və xəsarət alanlarla bağlı paylaşım edib.

“Report” xəbər verir ki, populyar müğənni hücum zamanı həlak olanların və yaralıların olmasından kədərləndiyini bildirib.

“Dualarım qardaş ölkə Azərbaycanla.

Xain hücumlar zamanı həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara qısa zamanda şəfalar diləyirəm. Çok üzgünəm.

Qəlbim Azərbaycan xalqı ilə”.

Son xəbərlər

Orphus sistemi