Tarantino Hollivudun "Şöhrət xiyabanı"nda ulduz qazanıb

Tarantino Hollivudun "Şöhrət xiyabanı"nda ulduz qazanıb 52 yaşlı Kventin Tarantino iki dəfə "Oskar" və "Qızıl qlobus" mükafatına layiq görülüb
Şou-biznes
22 Dekabr , 2015 13:04
Tarantino Hollivudun Şöhrət xiyabanında ulduz qazanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Rejissor, prodüser və ssenarist Kventin Tarantino Los-Ancelesdəki Hollivud "Şöhrət xiyabanı"nda ulduz qazanıb.

"Report" "Hollywood Reporter"ə istinadən xəbər verir ki, mərasimdə onun dostları, fanatları və kinematoqrafçının həmkarları, o cümlədən onun "Kriminal qiraət" filmində rol alan Samuel L.Cekson iştirak edib.

52 yaşlı Kventin Tarantino iki dəfə - "Kriminal qiraət" və "Azad edilmiş Canqo" filmlərinə yazdığı ssenari ilə "Oskar" və "Qızıl qlobus" mükafatına layiq görülüb. "Kriminal qiraət" filmi həm də Kann festivalında "Qızıl palma budağı" qazanıb.

Son xəbərlər

Orphus sistemi