Tanınmış belçikalı rejissorlar terror haqqında film çəkəcək

Tanınmış belçikalı rejissorlar terror haqqında film çəkəcək an-Pyer Dardenn: "İndi ssenari yazırıq, filmi gələn ilin payızında Belçikada çəkəcəyik"
Şou-biznes
13 Avqust , 2016 12:01
Tanınmış belçikalı rejissorlar terror haqqında film çəkəcək

Bakı. 13 avqust. REPORT.AZ/ Kann kinofestivalında iki dəfə "Qızıl Palma Budağı" qazanan məşhur belçikalı rejissor, ssenarist və prodüser qardaşlar Lyuk və Jan-Pyer Dardenn terror haqqında film üzərində işə başlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"İndi ssenari yazırıq, ümid edirik ki, filmi gələn ilin payızında Belçikada çəkəcəyik", - deyə L.Dardenn "Belga" agentliyinə açıqlamasında bildirib.

Xatırladaq ki, bu il martın 22-də səhər saatlarında Brüssel beynəlxalq hava limanında iki partlayış həyata keçirilib. Üçüncü partlayış az sonra "Malbek" metrostansiyasında qatarda baş verib. Terror aktları nəticəsində 32 nəfər həlak olub, 300-dən çox adam müxtəlif dərəcəli xəsarət alıb. Terror hücumlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ümumiyyətlə, Dardenn qardaşları  1999-cu ildə "Rozetta" filminə, 2005-ci ildə isə "Uşaq" filminə görə "Qızıl Palma Budağı" mükafatını qazanıb.

Son xəbərlər

Orphus sistemi