Tanınmış amerikalı caz ifaçısı Bakıda konsert verəcək

Tanınmış amerikalı caz ifaçısı Bakıda konsert verəcək Sentyabrın 23-də tanınmış amerikalı caz ifaçısı Mişel Uoker Bakıda, Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Şou-biznes
17 Sentyabr , 2019 13:43
Tanınmış amerikalı caz ifaçısı Bakıda konsert verəcək

Sentyabrın 23-də tanınmış amerikalı caz ifaçısı Mişel Uoker Bakıda, Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən "Report"a verilən məlumata görə, konsertdə ifaçı bir-birindən rəngarəng hit mahnılarını təqdim etməklə yanaşı, dünya caz nümunələrinə də müraciət edəcək.

Mişel Uoker xüsusi səs tembri ilə hər kəsi heyrətləndirən özünəməxsus və eyni zamanda yumşaq bir tərzi ilə cazibədar caz vokalçısıdır. İncə ifa tərzi ilə seçilən vokalçı klassik melodik hərəkətləri və müasir stilə malik yanaşmaları ilə diqqəti cəlb edir. Buna görə də onun ifaları həm tənqidçilər, həm də ictimaiyyət tərəfindən zövqlü musiqi kimi qəbul edilir. 

Qeyd edək ki, bu, amerikalı sənətkarın ölkədə ilk konserti olacaq. 2000-ci ildən fəaliyyətə başlayan ifaçının ilk debüt albomu "Slown down" ABŞ-da ilin ən yaxşı debüt albomu və ən yaxşı müstəqil vokal caz albomu nominasiyasına layiq görülmüşdü.

Son xəbərlər

Orphus sistemi