​Rusiyanın məşhur "Serebro" qrupu Bakıdakı konsert üçün Ermənistandakı çıxışını ləğv edib

​Rusiyanın məşhur "Serebro" qrupu Bakıdakı konsert üçün Ermənistandakı çıxışını ləğv edib Trionun konserti avqustun 8-də keçiriləcək
Şou-biznes
771
3 Avqust , 2015 10:33
​Rusiyanın məşhur Serebro qrupu Bakıdakı konsert üçün Ermənistandakı çıxışını ləğv edib

Bakı. 3 avqust. REPORT. AZ/ Rusiyanın məşhur "Serebro" qrupu Bakıda verəcək konsertə görə, Ermənistanda planlaşdırdığı konsertini ləğv edib. "Report" xəbər verir ki, bu barədə qrupun heyətindəki mənbədən bildirilib.

Məlumatda bildirilir ki, əvvəlcədən yay proqramına uyğun olaraq, Yerevanın istirahət mərkəzlərinin birində konsert vermək planlaşdırılsa da sonradan Bakıdan gələn təklifə görə həmin konsert təxirə salınıb.

Qeyd edək ki, "Serebro" qrupunun triosu avqustun 8-də Abşeronun çimərlik kompleksinin ərazisində yerləşən "Dalga Beach Nightclub"da konsert verəcək. 

Son xəbərlər

Orphus sistemi