​Səmra Rəhimli "Eurovision-2016"nın ilk yarımfinalında çıxış edib

​Səmra Rəhimli "Eurovision-2016"nın ilk yarımfinalında çıxış edib "Miracle" mahnısını ifa edən müğənni səhnəyə 14-cü çıxıb
Şou-biznes
10 May , 2016 23:13
​Səmra Rəhimli Eurovision-2016nın ilk yarımfinalında çıxış edib

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan təmsilçisi Səmra Rəhimli İsveçin paytaxtı Stokholm şəhərində keçirilən "Eurovision-2016" mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində çıxış edib.

"Report" xəbər verir ki, "Miracle" (Möcüzə) mahnısını ifa edən müğənni səhnəyə 14-cü çıxıb. O, yarımfinalda səhnəyə qızılı paltarda çıxıb.

Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı olub. Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunub.

İlk yarımfinalda S.Rəhimlidən başqa, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçıları çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi