Səmra Rəhimli bu gün "Eurovision-2016"nın ilk yarımfinalında çıxış edəcək

Səmra Rəhimli bu gün "Eurovision-2016"nın ilk yarımfinalında çıxış edəcək Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunacaq
Şou-biznes
1148
10 May , 2016 10:57
Səmra Rəhimli bu gün Eurovision-2016nın ilk yarımfinalında çıxış edəcək

Bakı. 10 may. REPORT.AZ/ Bu gün İsveçin paytaxtı Stokholm şəhərində "Eurovision-2016" mahnı müsabiqəsinin ilk yarımfinalı olacaq.

"Report" xəbər verir ki, ilk yarımfinalda həm də Azərbaycan təmsilçisi Səmra Rəhimli çıxış edəcək. "Miracle" (Möcüzə) mahnısını ifa edəcək müğənni səhnəyə 14-cü çıxacaq. O, yarımfinalda səhnəyə qızılı paltarda çıxacaq.

Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı olacaq. Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunacaq.

İlk yarımfinalda S.Rəhimlidən başqa, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçıları çıxış edəcək.

Qeyd edək ki, müsabiqə ilə bağlı bir maraqlı detalın da üstü açılıb. Belə ki, dünya şöhrətli amerikalı müğənni Castin Timberleykin də "Eurovision" səhnəsində çıxış edəcəyi məlum olub. O, mayın 14-də Böyük finalın fasiləsi zamanı "Can’t stop the feeling!" hitini ifa edəcək.

Son xəbərlər

Orphus sistemi