“Santa Barbara”nın ulduzu vəfat edib

“Santa Barbara”nın ulduzu vəfat edib Ölümün səbəbi açıqlanmır
Şou-biznes
9 May , 2021 15:57
“Santa Barbara”nın ulduzu vəfat edib
Touni Kiteyn

Amerikalı aktrisa və model Touni Kiteyn 59 yaşında Kaliforniyada vəfat edib.

“Report” xəbər verir ki, bu barədə NYT onun qızına istinadən məlumat verib.

Ölümün səbəbi açıqlanmır.

1961-ci ildə San Dieqoda anadan olan Kiteyn ötən əsrin 80-ci illərinin əvvəllərindən etibarən fəal şəkildə filmlərdə və TV-də görünməyə başlayıb. “Malibu” (1983), “Qvendolin” (1984), “Subaylığa vida şənliyi” (1984) kimi filmlərdə rol alıb.

O, ən böyük populyarlığı isə “Santa Barbara” (1984) teleserialındakı rolu və “Whitesnake” qrupunun bir neçə klipində çəkilməsi sayəsində qazanıb.

Son xəbərlər

Orphus sistemi