Şakira İsraildə verəcəyi konserti ləğv edib

Şakira İsraildə verəcəyi konserti ləğv edib
Şou-biznes
119
29 May , 2018 16:17
Şakira İsraildə verəcəyi konserti ləğv edib
ABŞ müğənnisi Şakira / Victoria WIll/AP
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ UNİSEF-in xoşməramlı səfiri, Kolumbiya əsilli ABŞ müğənnisi Şakira İsrailin Təl-Əviv şəhərində verəcəyi konserti ləğv edib.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bu ilin iyunun 9-da İsraildə müğənninin konserti planlaşdırılıbmış.

Şakira mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edən minlərlə fələstinlinin Qəzza zolağında İsrail ordusu tərəfindən atəşə tutulmasına etiraz olaraq belə bir addım atıb.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.