Rusiyanı bu il "Eurovision"da təmsil edəcək müğənninin adı açıqlanıb

Rusiyanı bu il "Eurovision"da təmsil edəcək müğənninin adı açıqlanıb Bu, müğənni Yuliya Samoylovadır
Şou-biznes
11 Mart , 2018 23:14
Rusiyanı bu il Eurovisionda təmsil edəcək müğənninin adı açıqlanıb

Bakı. 11 mart. REPORT.AZ/ Müğənni Yuliya Samoylova bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.

“Report” xəbər verir ki, onun adı bazar günü Birinci kanalda efirə gedən "Vremya" verilişində açıqlanıb.

Samoylova Kiyevdə keçirilmiş "Eurovision-2017"də iştirak etməli idi, lakin Ukraynanın Təhlükəsizlik Xidməti Krımda çıxış etməsi ilə əlaqədar olaraq aktrisanın ölkəyə girişinə 3 il müddətinə qadağa qoyub.

"Eurovision-2018" 8-12 may tarixlərində Lissabon şəhərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi