Rusiyadan qonaqlar xüsusi olaraq “Avatar 2” filminə görə CinemaPlus-a gəlirlər

Rusiyadan qonaqlar xüsusi olaraq “Avatar 2” filminə görə CinemaPlus-a gəlirlər “CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri, satış rekordları qıran “Avatar 2: Suyun Yolu” filminin nümayişi başlayıb.
Şou-biznes
6 Yanvar , 2023 16:41
Rusiyadan qonaqlar xüsusi olaraq “Avatar 2” filminə görə CinemaPlus-a gəlirlər

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri, satış rekordları qıran “Avatar 2: Suyun Yolu” filminin nümayişi başlayıb.

"Report" xəbər verir ki, Rusiyada tətbiq edilən sanksiyalara görə bütün xarici filmlərin nümayişi dayandırıldığından “CinemaPlus” kinoteatrlar şəbəkəsini seçən rusiyalı kinosevərlər zalları bağlayır və “Avatar 2” filminin xüsusi nümayişlərini keçirirlər.

“Avatar” filminin davamı bütün dünyada möhtəşəm nəticələr göstərir. Bu günə qədər film 1,5 milyard dollar toplayıb. Həmçinin, “Avatar 2” filmini Cənubi Qafqaz ölkələri arasında yeganə təmsilçi olan “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında ən son 4DX texnologiyası ilə izləmək mümkündür.

4DX texnologiyası tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə, kino sənayəsində ən valehedici formatlardan biri hesab olunur.

Xatırladaq ki, filmin rejissoru Ceyms Kemerondur. Rollarda aktyorlar Sem Uortinqton, Zoi Saldana, Siqurni Uiver, Cek Çempion, Ceyms Fletters, Triniti Co-Li Bliss və “Oskar” mükafatçısı Keyt Uinslet çəkilib.

Filmin məzmununa gəlincə, Avatar formasını aldıqdan sonra əsgər Ceyk Salli, Navi xalqının lideri olur və yeni dostlarını iş adamlarından qorumaq missiyasını öz üzərinə götürür. İndi onun uğrunda mübarizə aparacağı biri var - Ceyk ilə gözəl sevgilisi Neytiri də mübarizəyə qoşulub. Ağır silahlanmış dünyalılar Pandoraya qayıtdıqda, Ceyk cavab verməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi