Bakı. 15 aprel. REPORT.AZ/ "Eurovision-2017" mahnı müsabiqəsi öncəsi keçirilməli olan "Moscow Eurovision Party 2017" əyləncə gecəsinin təşkilatçıları tədbiri təxirə salıblar.
"Report" xəbər verir ki, bu barədə aprelin 21-də tədbirin keçirilməli olduğu "Vegas City Holl"un saytında qeyd olunub.
Təşkilatçılar bu addımı yaranan qeyri-sabit siyasi vəziyyət və Rusiya nümayəndə heyətinin iştirakı ilə bağlı rəsmi qərarın olmaması ilə izah ediblər.
Biletlər aprelin 25-də "Crocus City Hall"un binasında yerləşən mərkəzi kassada geri qaytarılacaq.
Gecədə Rusiya, Azərbaycan, İsrail, İsveçrə, Bolqarıstan, Yunanıstan və Moldovanın mahnı müsabiqəsindəki təmsilçiləri də iştirak etməli idilər.