Rusiya "Avroviziya" müsabiqəsini yayımlamayacaq

Rusiya "Avroviziya" müsabiqəsini yayımlamayacaq Qərar Ukrayna hakimiyyətinin Yuliya Samoylovanın ölkəyə daxil olmasına qoyduğu qadağadan sonra verilib
Şou-biznes
135
23 Mart , 2017 14:07
Rusiya  Avroviziya müsabiqəsini yayımlamayacaq

Bakı. 23 mart. REPORT.AZ/ Rusiyanın Birinci kanali və ÜDTRŞ "Avroviziya" beynəlxalq musiqi müsabiqəsini yayımlamaqdan imtina edib. 

"Report"un "Vesti"yə istinadən verdiyi xəbərə görə, qərar Ukrayna hakimiyyətinin bu ölkədə Rusiyanı "Avroviziya 2017" yarışmasında təmsil edəcək Yuliya Samoylovanın ölkəyə daxil olmasına qoyduğu qadağadan sonra verilib. 

Müğənni isə vəziyyəti bu cür izah edib: "Baş verənləri kənardan müşahidə edəndə gülməli görünür. Mən anlamıram, onlar məndə, kiçicik bir qızda hansısa bir təhlükə görüblər. Ümumən, mən dilxor olmuram. Nəyə görəsə düşünürəm ki, hər şey hələ dəyişəcək". 

Son xəbərlər

Orphus sistemi