​Rumıniya təmsilçisi "Avroviziya" müsabiqəsinə buraxılmaya bilər

​Rumıniya təmsilçisi "Avroviziya" müsabiqəsinə buraxılmaya bilər Hazırda EBU Rumıniya hakimiyyəti ilə danışıqlar aparır
Şou-biznes
18 Aprel , 2016 19:00
​Rumıniya təmsilçisi Avroviziya müsabiqəsinə buraxılmaya bilər

Bakı. 18 aprel. REPORT.AZ/ "Avroviziya" mahnı müsabiqəsində iştirak edəcək Rumıniya nümayəndəsi Ovidiu Anton müsabiqəyə buraxılmaya bilər.

"Report"un verdiyi xəbərə görə, bu barədə yerli nəşr olan "Romania-Insider" xəbər verir.

Məlumata görə, Avropa yayım şirkəti (EBU) bu addımı Rumıniyanın TVR telekanalının təşkilatçılara olduğu böyük məbləğdə borcuna görə ata bilər.

EBU-nun hesablamalarına əsasən, borc 10 milyon avroya yaxındır.

Nəşrin məlumatına görə, bu məbləğ 8 il müddətinə yığılıb.

Hazırda EBU Rumıniya hakimiyyəti ilə danışıqlar aparır. TVR nümayəndələrinin sözlərinə görə, onlar Antonun müsabiqəyə getməsi üçün əllərindən gələni edirlər. Təşkilatçılar Rumıniyanın iştirakına rədd cavabı verəcəyi təqdirdə, ölkədə müsabiqəni yayımlaya bilməyəcəklər. 

Son xəbərlər

Orphus sistemi