Röya və Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

Röya və Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək
Şou-biznes
27 Oktyabr , 2016 12:55
Röya və Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunun (BOS) təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək. BOS-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusiflə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Stadionun əsas meydançada təşkil olunan konsert proqramı Yeni ilə geriyə-sayım, bayram salütu və diskoteka ilə davam olunacaq.

Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

Biletlərin satışı gələn həftə başlayır, biletlərin qiyməti 9 manatdan başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərindən əldə etmək olar.

Konsert proqramının başlanması 20:00 üçün nəzərdə tutulub. Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionunun saytından və sosial şəbəkələrin rəsmi səhifələrdən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi