Rəqs edən milyonçu: "DJ olmaq qərarını verəndə 45 yaşım var idi"

Rəqs edən milyonçu: "DJ olmaq qərarını verəndə 45 yaşım var idi" "Bu mənim xəyalım idi"
Şou-biznes
6 May , 2017 15:59
Rəqs edən milyonçu: DJ olmaq qərarını verəndə 45 yaşım var idi
Report.az

BAKI. 6 may .REPORT.AZ/ "Bu yaxınlarda iki yeni musiqimi fanatlarıma təqdim edəcəm".

Bunu Bakı Şopinq Festivalı ilə əlaqədar keçirilən konfransda "Report"un sualını cavablandırarkən "Rəqs edən milyonçu" ləqəbi ilə məşhurlaşmış DJ Canluka Vakki deyib.

O qeyd edib ki, həyatda hər şeyə professional yanaşmağa çalışır: "Mən DJ olmaq qərarını verəndə 45 yaşım var idi. Mən bu işə elə başladım, sanki 20 il öncə başlamışam. Artıq iki həyata sahibəm. Bu mənim istədiyim həyatdır. İş adamı idim, indi isə şou insanı olmuşam. Bu, mənim xəyalım idi".

Vakki rəqsləri özü hazırladığını, xareoqrafdan kömək almadığını əlavə edib: "Rəqslərim hamısı spontan şəkildə olur. Heç bir peşəkar şəkildə hazırlıq görmürük. Sadəcə bunun üçün zövq və ehtiras lazımdır. O zaman hər şey professional şəkildə olur. Biz də Qabriella ilə belə edirik".

O bildirib ki, biznesi qida sənayesi üçün qablaşdırma məhsulları hazırlamaqdan ibarətdir. Canluka Vakki deyib ki, hər hansı bir Azərbaycan musiqisi onun qəlbinə yol tapsa,  həmin musiqi sədaları ilə rəqs edəcək: "Bu, bədahətən olacaq, mən söz verə bilmərəm. Bəlkə sabah İtaliyaya qayıtdım, bəlkə də burada qaldım. Mən incəsənət insanıyam, hisslərimlə hərəkət edirəm".

DJ onu da bildirib ki, sevgilisi Qabriella ilə bağlı ünvanlanan sualları cavablandırmayacaq.

Son xəbərlər

Orphus sistemi