Qazaxstanlı dizayner Bakıda öz kolleksiyasını təqdim edib

Qazaxstanlı dizayner Bakıda öz kolleksiyasını təqdim edib Dizayner Aynur Turisbekin moda nümayişi "Azerbaijan Fashion Week" ilə başa çatıb
Şou-biznes
15 May , 2015 11:30
Qazaxstanlı dizayner Bakıda öz kolleksiyasını təqdim edib

Bakı. 15 may. REPORT.AZ/ Mayın 11-dən 14-dək Bakıda "Azerbaijan Fashion Week" çərçivəsində moda nümayişi keçirilib. Bu barədə "Report" xəbər verir. 

Moda həftəsi gənc azərbaycanlı dizayner Fee Dan-in kolleksiyasının nümayişi ilə başlayıb, daha sonra Qazaxıstan moda həftəsinin daimi iştirakçıları,  Lariya/Lamanukayeva/Zherebtsov dizayner üçlüyü, gürcüstanlı dizayner Nino Babukhadianın işlərinin nümayişi, türk rəssam və dizayneri Sevincy-nin şousu baş tutub. 

Tədbirin son günü qazaxıstanlı dizayner Aynur Turisbekin moda nümayişi keçirilib. O, uğurla öz kolleksiyasını Bakıda təqdim edib.

Azerbaijan Fashion Week - yerli və beynəlxalq dizaynerlərin iştirakı ilə keçirilən və moda bazarında istedadlı dizaynerlər üçün imkanların yaradılmasına yönələn ilk beynəlxalq fashion-layihədir. 

"L'Officiel Azerbaijan"ın dəstəyi ilə Moda həftəsi ildə iki dəfə - mayda və noyabrda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi