Puerto-rikalı ifaçının videoklipi "YouTube"da izlənmə rekordu qırıb

Puerto-rikalı ifaçının videoklipi "YouTube"da izlənmə rekordu qırıb Videoklip 2017-ci ilin yanvar ayında yerləşdiriləndən sonra 5 milyard izlənmə toplayıb
Şou-biznes
6 Aprel , 2018 12:53
Puerto-rikalı ifaçının videoklipi YouTubeda izlənmə rekordu qırıb
Steve Marcus/Reuters

Bakı. 6 aprel. REPORT.AZ/ Puerto-rikalı ifaçıları Luis Fonsi Deddi Yankinin "Despacito" videoklipi 2017-ci ilin yanvar ayında "YouTube" portalında yerləşdiriləndən sonra 5 milyard izlənmə toplayıb.

"Report" "Forbes"a istinadən xəbər verir ki, bu, "YouTube"da, eləcə də rəqsli hit üçün mütləq rekorddur.

İkinci sırada 3,5 milyard izlənmə sayı ilə Uiza Xalifa və Çarli Putun "See you again" mahnısına çəkilmiş çarx qərarlaşıb. Ed Şiranın "Shape of you" klipi isə 3,4 milyardlıq izlənmə ilə üçüncü olub.

Qeyd edək ki, 2017-ci ilin dekabrında "Despacito" "Billboard" jurnalının versiyasına görə ilin ən yaxşı mahnıları sırasında dördüncü yeri tutub.

Son xəbərlər

Orphus sistemi