"Rusiya gözəli-2017" müsabiqəsinin qalibi müəyyənləşib

"Rusiya gözəli-2017" müsabiqəsinin qalibi müəyyənləşib Polina Popovaya qızıldan tac və avtomobil verilib
Şou-biznes
1494
16 Aprel , 2017 05:00
Rusiya gözəli-2017 müsabiqəsinin qalibi müəyyənləşib
missrussia.ru

Bakı. 16 aprel. REPORT.AZ/ Sverdlovsk vilayətindən olan Polina Popova "Rusiya gözəli-2017" müsabiqəsinin qalibi olub.

“Report” xəbər verir ki, bu barədə müsabiqənin saytında məlumat yerləşdirilib.

Moskvadan olan Kseniya Aleksandrova vitse-miss, Başqırdıstan sakini Albina Axtyamova isə ikinci vitse-miss olub.

Qalibə ağ qızıldan hazırlanmış, mirvari və brilyantlarla bəzədilmiş tac, avtomobil və üç milyon rubl təqdim olunub.

Polina Popova Rusiyanı “Dünya gözəli” və “Kainat gözəli” müsabiqələrində təmsil etmək hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi