Polad Bülbüloğlu "Sən supersən!" layihəsinin azərbaycanlı iştirakçısını dəstəkləyib

Polad Bülbüloğlu "Sən supersən!" layihəsinin azərbaycanlı iştirakçısını dəstəkləyib Səfir: "Pərvanə Əlcanovanın ana haqqında mahnını gözəl ifa etməsinə və Azərbaycanı layiqincə təmsil etməsinə görə şadam"
Şou-biznes
17 Fevral , 2017 18:06
Polad Bülbüloğlu Sən supersən! layihəsinin azərbaycanlı iştirakçısını dəstəkləyib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Sən supersən!" beynəlxalq vokal müsabiqəsinin azərbaycanlı iştirakçısı Pərvanə Əlcanovanı dəstəkləyib.

Bu barədə "Report" Rusiyanın NTV telekanalına istinadən xəbər verir.

Fevralın 18-də NTV telekanalı müsabiqənin seçim turlarının davamını göstərəcək. Seçim turlarında Rusiya və digər MDB ölkələrinin uşaq evlərindən, internat məktəblərindən olan, qəyyumluğa götürülmüş uşaqlar iştirak edirlər.

"Pərvanənin güclü səsi və şübhəsiz, istedadı var. Onun ana haqqında mahnını gözəl ifa etməsinə və bu müsabiqədə Azərbaycanı layiqincə təmsil etməsinə görə şadam" - P.Bülbüloğlu söyləyib.

Diplomat P.Əlcanovaya uğurlar arzulayıb və həmyerlisi ilə fəxr etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi