Pol Makkartni karantində albom buraxıb

Pol Makkartni karantində albom buraxıb Albomda ümumilikdə 11 mahnı var
Şou-biznes
356
21 Dekabr , 2020 14:48
Pol Makkartni karantində albom buraxıb
Pol Makkartni

“Bitlz” qrupunun qurucularından biri olan musiqiçi Pol Makkartni “"McCartney III" adlı yeni albomunu buraxıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə məşhur musiqiçi “PitchFork” nəşrinə danışıb.

Plastinka karantin dövründə ev studiyasında yazılıb. “Find My Way” mahnısına çəkilən klip isə video onun “Youtube” kanalında yerləşdirilib. O da ev studiyasında yazılıb. Albomda ümumilikdə 11 mahnı var.

Makkartni karantin dövründə sevdiyi işlə məşğul olduğunu vurğulayıb. O hətta tam albom yarada biləcəyini gözləmədiyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi