Parisdə azərbaycanlı xanəndənin yeni mahnısı işıq üzü görüb

Parisdə azərbaycanlı xanəndənin yeni mahnısı işıq üzü görüb Paris. 12 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə “Asadli Pro” studiyasıda azərbaycanlı xanəndə Sahib Əsədlinin yeni mahnısı işıq üzü görüb.
Şou-biznes
122
12 Sentyabr , 2018 01:15
Parisdə azərbaycanlı xanəndənin yeni mahnısı işıq üzü görüb

Paris. 12 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə “Asadli Pro” studiyasıda azərbaycanlı xanəndə Sahib Əsədlinin yeni mahnısı işıq üzü görüb.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, muğam ustası S.Əsədlinin bəstələdiyi və ifa etdiyi və cazmen, bəstəkar və pianoçu, virtuoz kimi fəaliyyət göstərən oğlu Etibar Əsədlinin aranjiman etdiyi mahnı qadınlara həsr olunub.

“Türkün anası“ adlanan mahnı Azərbaycan xalq mahnıları və muğama məxsus həzin notlarla müşayiət olunur.

S.Əsədlinin ifa etdiyi əsərlər arasında ən çox maraqla qarşılananı Xocalı faciəsinə həsr etdiyi “613” adlı kompozisiya olub. Bu rəqəm Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc əhalinin sayını göstərir. 

Son xəbərlər

Orphus sistemi