Vil Smit və Cessika Çesteyn uğurlu rollarına görə "Oskar" mükafatı qazanıblar

Vil Smit və Cessika Çesteyn uğurlu rollarına görə "Oskar" mükafatı qazanıblar ABŞ aktyoru və musiqiçisi Vil Smit “Kral Riçard” filmindəki roluna görə "ən yaxşı aktyor” nominasiyası üzrə "Oskar" mükafatı alıb.
Şou-biznes
28 Mart , 2022 07:38
Vil Smit və Cessika Çesteyn uğurlu rollarına görə Oskar mükafatı qazanıblar

ABŞ aktyoru və musiqiçisi Vil Smit “Kral Riçard” filmindəki roluna görə "ən yaxşı aktyor” nominasiyası üzrə "Oskar" mükafatı alıb.

Bu barədə "Report" ABŞ-ın ABC telekanalına istinadən xəbər verir.  

Filmin rejissoru Reynaldo Markus Qrindir. Mükafat uğrunda həmçinin Xavyer Bardem, Benedikt Kamberbetç, Denzel Vaşinqton və Endryu Qarfild mübarizə aparıb.

Müsabiqədə eyni zamanda rejissor Şan Heyderin "Kar valideynlərin uşağı" filmi "ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb.

Cessika Çesteyn isə “Temmi Feyin gözləri" filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə "Oskar" mükafatının sahibi olub.

Müsabiqə zamanı Qreq Freyzer “ən yaxşı operator işi” ("Dyuna"), “Enkanto” “ən yaxşı cizgi filmi” nominasiyası üzrə, “Şüşətəmizləyən” “ən yaxşı qısa animasiya filmi” nominasiyası üzrə “Oskar” qazanıblar.

 Cessika Çesteyn
 Cessika Çesteyn

Təntənəli mərasim üç saata yaxın davam edib. Bu müddət ərzində 23 kateqoriyadan 15-də mükafatın qalibləri elan olunub. Bu il “Ən yaxşı film” nominasiyasında 10 film rəqabət aparıb: “Dyuna”, “Belfast”, “Yuxarı baxmayın”, “Vestsayd tarixçəsi”, “Koda”, “İtin gücü”, “Biyan pitsa”, “Kabuslar xiyabanı”, “Kral Riçard” və “Mənim avtomobilimi sür”.

Kennet Bran, Ryusuke Hamaquti, Pol Tomas Anderson, Ceyn Kempion və Stiven Spilberq “Ən yaxşı rejissor” adı uğrunda mübarizə aparıblar.

“Ən yaxşı aktrisa” kateqoriyasında qalib olmaq üçün Nikol Kidman (“Rikardo olmaq”), Oliviya Kolman (“Yad qız”), Penelopa Krus (“Paralel analar”), Cessika Çesteyn (Temmi Feyin gözləri”), Kristen Stüart (“Spenser”) mübarizə aparıblar.

Xatırladaq ki, təşkilatçılar keçən il sosial məsafəni qorumaq üçün təşkilatçılar mərasimi eyni anda bir neçə yerdə, o cümlədən Los-Ancelesin “Union Station” dəmiryol vağzalında keçirməyə məcbur olmuşdular.

“Oskar” mərasiminin təşkilatçıları Ukrayna hadisələrində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

07:00

Ceyn Kempion "İtin gücü" filmindəki işinə görə "Ən yaxşı rejissor" nominasiyasında Oskar qazanıb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı tərəfindən yayımlanan 94-cü "Oskar" mərasimində elan edilib.

Eyni zamanda ifaçı Billi Ayliş Ceyms Bondun son filmi "Ölmək zamanı deyil" ekran əsərindəki mahnısına görə "Oskar" alıb. Mükafatı Aylişlə birlikdə onun həmmüəllifi və böyük qardaşı Finneas O' Kennell alıb. 

Billi Ayliş
Billi Ayliş

Los-Ancelesdəki "Dolby Theatre"də 94-cü "Oskar" mükafatı keçirilir. Təşkilatçılar keçən il sosial məsafəni qorumaq üçün mərasimi eyni vaxtda bir neçə yerdə, o cümlədən Los-Ancelesin “Union Station” dəmiryol vağzalında keçirməyə məcbur olmuşdular.

“Oskar” mərasiminin təşkilatçıları Ukrayna hadisələrində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

06:33

Aktyor Troy Kosur Şan Heyderin rejissoru olduğu “Kar valideynlərin uşağı” (CODA, 2020) filmində ikinci planda ən yaxşı kişi roluna görə “Oskar” mükafatını qazanıb. Ariana DeBos isə ikinci planda aktrisa mükafatına sahib olub.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı tərəfindən yayımlanan 94-cü "Oskar" mərasimində elan edilib.

Ariana DeBos
Ariana DeBos

Komediya-dram filmi ailəsinin yeganə eşidən üzvü olan yeniyetmə qızın hekayəsindən bəhs edir. Kar-lal Kosur filmdə baş qəhrəmanın atasını canlandırıb.

Mərasimdə ən yaxşı xarici film nominasiyasında “Mənim avtomobilimi sür” filmi “Oskar” mükafatı qazanıb. Film yeni tanışlığı onu keçmiş həyatını yenidən düşünməyə məcbur edən dul qalmış teatr rejissorunun hekayəsindən bəhs edir.

“Mənim avtomobilimi sür” filminin rejissoru yapon Ryusuke Hamaqutidir.

Mərasimdə Kennet Bran və Şan Heyder ən yaxşı ssenari müəllifi nominasiyası üzrə mükafat qazanıblar.

Kennet Brana və Şan Heyder müvafiq olaraq “Ən yaxşı orijinal ssenari” və “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyalarında “Oskar” qazanıblar.

Bran “Belfast” (“Belfast”, 2021) filmi üçün ən yaxşı orijinal ssenariyə görə, Xeyder “Kar valideynlərin uşağı” ekran əsərinin ssenarisina görə mükafatlandırılıblar.

Los-Ancelesdəki "Dolby Theatre"də 94-cü "Oskar" mükafatı mərasimi keçirilir. Keçən il sosial məsafəni qorumaq üçün təşkilatçılar mərasimi eyni anda bir neçə yerdə, o cümlədən Los-Ancelesin “Union Station” dəmiryol vağzalında keçirməyə məcbur olmuşdular.

“Oskar” mərasiminin təşkilatçıları Ukrayna hadisələrində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Son xəbərlər

Orphus sistemi