“Oskar” mükafatçısı məşhur rejissor vəfat edib

“Oskar” mükafatçısı məşhur rejissor vəfat edib İrji Mentselin “Qatarlar ciddi müşahidə altındadır” filmi 1968-ci ildə xarici dildə çəkilmiş ən yaxşı film olaraq “Oskar” mükafatına layiq görülüb
Şou-biznes
598
7 Sentyabr , 2020 10:15
“Oskar” mükafatçısı məşhur rejissor vəfat edib
İrji Mentsel

Çexiyalı rejissor İrji Mentsel 83 yaşında dünyasını dəyişib.

“Report” “Blesk.cz”ə istinadən xəbər verir ki, bunu rejissorun həyat yoldaşı Olqa Mentselova bildirib. 

Onun sözlərinə görə, kinematoqraf şənbə günü ailəsinin yanında vəfat edib.

Nəşrin məlumatına görə, İ.Mentsel hələ 2017-ci ilin noyabrında xəstəxanaya yerləşdirilib. Buna səbəb onda aşkarlanan meninqokokkal infeksiya olub. O, ağır beyin əməliyyatı keçirib və bir müddət süni komada qalıb. Rejissorun reabilitasiyası, demək olar, 1 il çəkib. İ.Mentsel xəstəxanadan buraxılandan sonra əlil arabasında hərəkət edib.

Qeyd edək ki, İrji Mentselin “Qatarlar ciddi müşahidə altındadır” filmi 1968-ci ildə xarici dildə çəkilmiş ən yaxşı film olaraq “Oskar” mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi