Niran Ünsal və Burak Kut Bakıya gələcək

Niran Ünsal və Burak Kut Bakıya gələcək Sənətçilər bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcəklər
Şou-biznes
19 May , 2017 15:25
Niran Ünsal və Burak Kut Bakıya gələcək

Bakı. 19 may. REPORT.AZ/ Türkiyənin tanınmış ifaçıları Niran Ünsal və Burak Kut Bakıya gələcək.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm müşavirliyindən “Report”a verilən məlumata görə, müğənnilər mayın 20-21-də Sabir bağında keçiriləcək Türkiyənin Mədəniyyət günlərində çıxış edəcəklər.

Niran Ünsal şənbə, Burak Kut isə bazar günü saat 21:00-da pərəstişkarları ilə görüşəcəklər.

Qeyd edək ki, tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi