Müğənni Emin qastrol turuna çıxır

Müğənni Emin qastrol turuna çıxır Aprelin 21-dən başlayaraq Emin Rusiyanın bir neçə vilayət və şəhərində konsert proqramı ilə çıxış edəcək
Şou-biznes
212
29 Mart , 2015 10:36
Müğənni Emin qastrol turuna çıxır

Bakı. 29 mart. REPORT.AZ/ Tanınmış müğənni Emin qastrol turuna çıxır.

"Report" xəbər verir ki, aprelin 21-dən başlayaraq Emin Rusiyanın bir neçə vilayət və şəhərində konsert proqramı ilə çıxış edəcək.

Eminin ilk konserti aprelin 21-də Krasnodarda, aprelin 22-də Rostovda, aprelin 23-ü Yesentukidə, aprelin 24-də Nalçikdə, 25-də isə Vladiqafqazda olacaq.

Qeyd edək ki, Emin iyulun 16-da Bakıda Yaşıl Teatrın səhnəsində solo-konsert proqramı ilə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi