Mübahisəli "Padmavati" filminin nümayiş olunacağı vaxt dəqiqləşib

Mübahisəli "Padmavati" filminin nümayiş olunacağı vaxt dəqiqləşib Bakı. 15 yanvar. REPORT.AZ/ Əfsanəvi hind kraliçası Rani Padminin həyatından bəhs edən “Padmavati adlı film şiddətli etirazlara baxmayaraq, yanvarın 25-də nümayiş olunacaq.
Şou-biznes
15 Yanvar , 2018 14:56
Mübahisəli Padmavati filminin nümayiş olunacağı vaxt dəqiqləşib

Bakı. 15 yanvar. REPORT.AZ/ Əfsanəvi hind kraliçası Rani Padminin həyatından bəhs edən “Padmavati" adlı film şiddətli etirazlara baxmayaraq, yanvarın 25-də nümayiş olunacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, film kraliçanın müsəlman işğalçı Alauddin Khilji ilə yaşadığı sevgidən bəhs edir.

Tarixçilər kraliçanın əfsanəvi bir xarakter olduğunu söyləsələr də, siyasətçilər filmin yayımlanmasına qəti şəkildə etiraz ediblər.

Qeyd edək ki, Hindistanın hakim partiyasının ("Bharatiya Janata Party") üzvü Surajpal Singh Amu filmin Hindistan dəyərlərinə hörmətsizlik olduğunu və aktrisa Deepika Padukone və rejissor Sanjay Leela Bhansalinin başını gətirənlərə 1.5 milyon dollar pul mükafatı vəd etmişdi.

Son xəbərlər

Orphus sistemi